Xərçəngin dərmanı -“qara sarımsaq”

Türkiyə Kastomonuda bir firma tərəfindən məşhur Taşköprü sarımsağının 4-5 həftədə mayalanması ilə istehsal edilən “qara sarımsaq” Avropaya ixrac edilməyə hazırlaşır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, təxminən 2 illik araşdırma və inkişaf işlərindən sonra qurulan müəssisədə istehsal olunan sarımsaqlar həm Türkiyədə həm də digər xarici ölkədə tələblə qarşılanır. Ötən aylarda Avropada yüzlərlə məhsulun yarışdığı yarışmada mükafatlandırılan “qara sarımsaq” qarşıdakı aylarda Almaniya, RusiyaAzərbaycan başda olmaqla bir çox Avropa ölkələrinə ixrac ediləcək.

“Qara sarımsaq” tərkibindəki komponentlər sayəsində alzaymer və xərçəng kimi xəstəliklərin riskini azaldır.

Firm sahibi Halit Cebeci uzun illər dərman sənayesində işlədikdən sonra qazandığı təcrübələrlə bu işi görməyə qərar verib. Cebeci “qara sarımsağ”ın istehsalı haqqında məlumat verərək, çox uzun və çətin istehsal prosesindən keçdiyini bildirib.

siyah 2

sarımsak3

http://matbuat.az/news/1055660/43-min-500-illik-ma...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR