Noyabrın ilk hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Metbuat.az-a verilən məlumata görə, bu ayın ilk hərracında özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, AğdaşGəncə şəhərlərində yerləşir. Xidmət sahəsində əlverişli fəaliyyətə imkan verən belə obyektlərdən biri Bakının Xətai rayonu, S.Senyuşkin küçəsindədir.

Ümumi faydalı sahəsi 49.9 kv.m olan bu dövlət əmlakı üçün 2 vətəndaş sifariş verib. Hərracda 12 min 500 manat təklif edən iştirakçı prosesin qalibi olub. Digər bir iaşə obyekti kimi istifadəyə imkan verən əmlak Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 15.1 kv.m-dir. Yerləşdiyi ərazi və uyğun satış qiyməti ilə bu obyekt sahibi üçün kiçik sahibkarlıq fəaliyyətində əlavə imkanlar yarada biləcək.

Bu dəfə özəlləşməyə çıxarılan nəqliyyat vasitələrindən biri olan "Fiat Doblo" markalı avtomobil də vətəndaş marağına səbəb olub. Belə ki, bu avtomobilin hərracında vətəndaş son qiymət olaraq 3 min 500 manat təklif edib.

Qeyd edək ki, 13 noyabrda növbəti hərrac təşkil ediləcək. Bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Bankda pulu olanların DİQQƏTİNƏ! - 5 aydan sonra müddət başa çatır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR