Şəkinin bu kəndi asfalt yola həsrətdir - Problem həllini nə vaxt tapacaq?

Azərbaycanda bu kəndin yollarında asfalt problemi var.

Söhbət Şəkinin Baqqal kəndindən gedir. Kənd sakinləri Metbuat.az-a müraciətlərində biliriblər ki, kənddəki yola asfalt örtüyü çəkilmir. Bu da təbii ki, insanları narazı salır.

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Şəki şəhər İkinci Biləcik bələdiyyəsinin mühasibi Rafiq Talıbov bildirib ki, sözügedən yola asfalt örtüyünün çəkilməsi bələdiyyənin ixtiyarında deyil:

“Yaxın günlərdə həmin yola çınqıl səpildi. Lakin yolun asfalt məsələsi hələ qalıb. Bununla bağlı iclaslarda dəfələrlə müraciət səsləndirmişik. Lakin yola asfalt örütüyünün çəkilməsinə bələdiyyənin gücü çatmır”.

Məsələylə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, kənd yollarının hamısının yenidən qurulması qeyri-mümkündür:

“Qonşu kəndlərdə yollar yenidən qurulur deyə, digər kənd sakinləri də bunu istəyir. Təəssüf ki, kənd yolları kifayət qədər çoxdur və onların hamısının həm fiziki, həm də maddi cəhətdən yenidən qurulması qeyri-mümkündür. Ona görə də, tərtib olunmuş qrafikə uyğun olaraq yolların işləri hissə-hissə yekunlaşdırılır. Ola bilsin ki, gələn ilki tədbirlər planına salınsın. Düzü, məndə bu barədə məlumat yoxdur. Yenidən qurulmasına ehtiyac yaranan yollar varsa, bir neçə il ərzində onların yenidən qurulması nəzərdə tutulub”.

Xəyalə Məmmədova / METBUAT.AZ

SÜRÜCÜLƏR MÜTLƏQ OXUSUN! - Avtomobilinizi soyuq havaya belə hazırlayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR