Poçettino "Real"ın təklifini rədd etdi

"Tottenhem"in baş məşqçisi Maurusio Poçettino "Real"ı çalışdırmaqdan imtina edib.

Metbuat.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis Madrid klubunun illik 15 milyon funt sterlinq qazanacağı təklifi müsbət cavablandırmayıb. O, ən azı mövsümünün sonuna kimi İngiltərə təmsilçisində qalacağını bildirib.

Qeyd edək ki, "Real" ötən həftə baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Santyaqo Solari yerinə yetirir.

Xatırladaq k, bundan əvvəl "Çelsi"nin sabiq çalışdırıcısı Antonio Konte Madrid klubunun təklifini rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR