"İnter" bilet satışından rekord gəlir əldə edib

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Barselona"nı qəbul edəcək "İnter" bu oyununun bilet satışından rekord gəlir əldə edib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi sözügedən matç üçün satılan 73 min 500 min bilet satışından ümumilikdə 5.8 milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord göstəricidir.

Bundan əvvəl ən çox "Roma" ötən mövsüm ÇL-in yarımfinalında "Liverpul"la görüşdə bilet satışından 5.2 milyon avro əldə etmişdi. Həmçinin ötən mövsüm "İnter" - "Yuventus" oyununda eyni məbləğ yığılıb.

Qeyd edək ki, "İnter" - "Barselona" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR