Yemək yedikdən sonra niyə YUXUMUZ GƏLİR?

Yeməkdən sonra hamımızın üzərinə bir ağırlıq çökdüyü danılmaz həqiqətdir. Yuxumuz gəlir və biraz uzanmaq istəyirik. Beləliklə, heçnə etmək istəmirik. Bəs yaxşı, normal zamanlarda olmayan bu vəziyyət niyə yemək yedikdən sonra baş verir ?

Metbuat.az bildirir ki, yemək yediyimiz zaman, dövran sistemimizdəki qan axışının böyük bir hissəsi, həzm sistemimizə xidmət etməyə başlayır. Xüsusilə çox yediyimiz zaman, həzm borusunda sıxlaşan və sürətlənən qan axışı, digər toxumalara normaldan daha az getdiyinə görə, bədəndə ümumi bir yorğunluğa səbəb olur. Buna, keçici iskemi (beyinə gedən qan axışının azalması) adı verilir.

Beləliklə, yediyimiz qidaların quruluş daşları, mərkəzi sinir sistemimizdəki müəyyən yerlərin funksiyası üzərində təsir göstərərək yuxu hissinin ortaya çıxmasına səbəb olur. Xüsusilə də protein çox olan qidalar yediyimiz zaman, L-tripofan, beyində serotonin hormonuna çevrilir və bu hormonun təsirilə "xoşbəxtlik-sakitləşmə-yuxu" hissi yaranır.

http://matbuat.az/news/1056811/merc-ugruna-ilbiz-y...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR