Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var

Ermənistanın Sünik əyalətinin Gorus şəhərində Müdafiə Nazirliyinə məxsus hərbi yük maşınının qəzaya düşməsi nəticəsində 4 erməni hərbçi ölüb, daha bir neçə isə yaralanıb.

Metbuat.az "Shamshyan.com"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumat yayıb. Onun sözlərinə görə, qəza Gorus-Qubadlı yolunun 39-cu kilometrində baş verib.

Qeyd olunur ki, yol qəzası nəticəsində ölən erməni hərbçiləri Ayrapet Nairyan, Qrant Qasparyan, Edqar Unanyan və David Melkonyandır. Onların hər biri 1998-ci il təvəllüdlüdür.//Azvision.az

Şəkinin bu kəndi asfalt yola həsrətdir - Problem həllini nə vaxt tapacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR