Rafael Ağayev dünya çempionatına qələbə ilə başlayıb

İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.

Günün qoroskopu - Romantik təmaslar zamanı deyil - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR