ABŞ-ın ATƏT yanında nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsi həddindən çox uzanır

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ErmənistanAzərbaycan arasında etimadın yaradılması və dialoqun genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləyir.

Metbuat.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ATƏT yanında missiyası rəhbərinin müavini Qreqori Makris təşkilatın Daimi Şurasının iclasında deyib.

Bu yaxınlarda tərəflərin liderlər və xarici işlər nazirləri səviyyəsində konstruktiv təmasına toxunan Q.Markis bildirib ki, bu təmaslar nəzərçarpan müsbət nəticələrə gətirib çıxara bilər:

"Minsk qrupunun hər üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirdi ki, son iki ay ərzində qoşunların təmas xəttində və cəbhə zonasında atəşkəs rejiminin pozulması halları azalıb".

O qeyd edib ki, münaqişə həddindən çox uzanır və tərəflərin qarşılıqlı ittihamlara son qoymağı və xalqları sülhə hazırlamağının vaxtı çatıb:

"ABŞ Ermənistan və Azərbaycan arasında təhlükəsizlik sahəsində vəziyyəti sabitləşdirə və danışıqlar üçün daha konstruktiv ab-hava yarada biləcək etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR