BDU-nun rektoru vəzifələrinin icrası prorektora həvalə edildi

Bakı Dövlət Universitetinin rektoru vəzifələrinin icrası universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilib.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

C.Valehov universitetinin prorektorlarının da işdən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dünən vəzifəsindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR