​Hindistanda baş verən qasırğa ciddi fəsadlara yol açıb

Hindistanın Tamilnadu ştatında baş verən qasırğa ciddi fəsadlara yol açıb.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, “Qaca” siklonu 10 nəfərin həyatəma son qoyub. Təhlükə ilə əlaqədar 80 mindən çox sakin təxliyə edilib. 100-lərlə ağac kökündən çıxaraq aşıb. 10-larla yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayanıb.

Məktəblərdə dərslərə ara verilib. Balıqçılara isə dənizə çıxmaq qadağan edilib. Bildirilir ki, hazırda küləyin sürəti saatda 90 km-ə çatır. Qarşıdakı saatlarda küləyin daha da sürətlənəcəyi gözlənilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR