"Azadlıq hər istədiyini etmək yox, istəmədiyin bir şeyi etmək məcburiyyətində qalmamaqdır" - 1 daşla 9 quş

Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verib.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz tanınmış nevropatoloq Qalib Əsədovdur.

- Niyə varsan?

- Həyat xeyir və şərin mübarizə məkanıdır. Biz hansı tərəfə savaşacağımızı qərar vermək üçün dünyaya gəlirik.

- Niyə yox olacaqsan?

- Çox olmamaq üçün.

- Niyə yazırsan?

- Yox olmamaq üçün.

- Yaşamaq nədir?

- Öz seçimimiz olmadığı halda üzərimizə qoyulan minnətdir.

- Ölüm nədir?

- Ölümsüzlüyə keçiddir.

- Ədalət nədir?

- Ədalət gözləri kor olduğu halda tərəzini düzgün tuta bilən Femidanın özüdür.

- Azadlıq nədir?

- Azadlıq hər istədiyini etmək yox, istəmədiyin bir şeyi etmək məcburiyyətində qalmamaqdır.

- Yaradıcılıq nədir?

- Beynimizin dərinliyində oluduğuna baxmayaraq, varlığından xəbərsiz olan bir şeyi kəşf etməkdir.

- İnsan kimdir?

- Kamilliyin zirvəsində cahilliyin xarabalıqlarını yaradan varlıq.

Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI