Neft Fondu bu il “AÇG”-dən 8,9 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il dekabr ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 137 milyard 446 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə Metbuat.az-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, cari ilin yanvar-noyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 8 milyard 960 milyon dollar vəsait daxil olub.

O cümlədən bu ilin 11 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 222 milyon dollar təşkil edib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni təyinat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR