2 ildə 175 kiloqram arıqladı

Hindistanda yaşayan Rajani adlı qadın uzun müddətdir ki, piylənmədən əziyyət çəkirdi.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 300 kiloqrama çatan 44 yaşlı qadın yeriməkdə çətinlik çəkməyə başlayıb.

Rajani dünyaya normal insanlar kimi 3 kiloqram ağırlıqda gəlmiş olmasına baxmayaraq həddindən çox olan iştahının qarşısını ala bilməyib.

Qadın mədə əməliyyatı keçirərək iki ildə 175 kiloqram arıqlamağı bacarıb. Rajaninin həkimi Şah əməliyyatların köməyi ilə 75-80 kiloqrama qədər düşə biləcəyini deyib.

Hazırda 120 kiloqram ağırlığında olan Rajani yenə mədə əməliyyatı olmağa hazırlaşır.





http://metbuat-az.com/news/1078116/sirri-cozulmeye...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR