İranda törədilən terror aktı nəticəsində ölənlərin sayı artdı

İranın cənub şərqindəki Çabahar şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb. 27 nəfər yaralanıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum minalanmış avtomobilin polis məntəqəsinin yaxınlığında partladılması ilə həyata keçirilib.

Hadisədən sonra bölgəyə cəlb olunan təhlükəsizlik əməkdaşları ərazini mühasirəyə alıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR