İranın 7 vilayətində sel və daşqın olub

İranın 7 vilayətində, Ərdəbil, İlam, Xuzistan, Qəzvin, Kirmanşah, Lorestan və Həmədan vilayətində güclü sel və daşqınlar baş verib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, 1 265 nəfərə yardım göstərilib, 21 nəfər təhlükəsiz bölgələrə köçürülüb.

Səlimi Xuzistan vilayətində sel və daşqınlar nəticəsində 1 nəfərin dünyasını dəyişdiyini deyib: “109 mənzil sudan təmizlənib, 41 avtomobil seldən çıxarılıb”.

Dünya bu görüntülərdən danışır - NASA ŞOKDA / Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR