Sarkisyanın qardaşı oğlu belə həbs olundu - VİDEO

Ermənistan polisi ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu, beynəlxalq axtarışa verilən Narek Sarkisyanın tapılması və həbs edilməsinin təfərrüatlarının göstərildiyi video material yayıb.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, Narek Sarkisyan Ermənistan polisinin “İnterpol”la və xarici həmkarları ilə həyata keçirdikləri birgə iş nəticəsində 6 dekabrda Çexiyanın paytaxtı Praqada həbs olunub.
O, həbsdən yayınmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına Qvatemalanın vətəndaşı Franklin Qonzales adına saxta kimlik təqdim edib. Lakin yalanı üzə çıxıb və həbs edilib.
Axtarışda olan Narek Sarkisyanın ekstradisiyası üçün Ermənistanın Baş Prokurorluğuna onun saxlanılması barədə məlumat verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR