Fransada həyat iflic oldu - Parisdə toqquşmalar baş verir / VİDEO

Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyası başlayıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, nümayişçiləri yanacağın qiymətinin artırılması barədə qərarın ləğvi qane etmir. Onlar məvaciblərin artırılmasın və vergilərin azaldılmasını tələb edir. Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bugünkü etiraz aksiyaları ilə əlaqədar Fransada ümumilikdə 90 minə yaxın polis səfərbər edilib.

Paytaxt Parisdə 8 min polis əməkdaş və 12 zirehli maşın hazır vəziyyətə gətirilib. İri şəhərlərdə ticarət mərkəzləri, muzeylər, eləcə də Eyfel qülləsi bağlanıb.

Futbol üzrə Fransa çempionatını bir neçə matçı təxirə salınıb.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR