Azərbaycan yığmasının bütün məşqçiləri istefaya göndərildi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclasında futbol üzrə Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçilərinin taleyinə də aydınlıq gətirilib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, qərara əsasəm, yalnız U-19-la mərhələ keçən Vüqar Məmməd işinə davam edəcək.

Rəşad Sadıqov U-21 və U-20, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-dəki fəaliyyətini başa vurub.

Xatırladaq ki, Qurban Qurbanov UEFA Millətlər Liqasının oyunları zamanı milli komandamıza başçılıq edib və millimiz turniri qrup ikincisi olaraq başa vurub. Sonuncu oyunda millimiz Kosovo millisinə böyük hesabla (4-0) məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR