Kanada səfiri “Huawei” məsələsinə görə Çin XİN-ə çağırılıb

Kanadanın Pekindəki səfiri Con MakKallum “Huawei” şirkətinin maliyyə direktoru xanım Men Vancounun Vankuverdə saxlanılması ilə əlaqədar Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, nazir müavini Le Yuçen məsələ ilə bağlı ölkəsinin rəsmi etirazını Kanada səfirinə bildirib. “Huawei” şirkətinin maliyyə direktorunun dərhal sərbəst buraxılmasını tələb edən Çin rəsmisi, əks halda Kanadanın ağır nəticələrlə üz-üzə qalacağını səfirin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Men Vancou dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Çin tərəfi buna etirazını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR