İranda terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış olub və nəticədə 2 nəfər ölüb, daha 42 nəfər isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR