Britaniya parlamenti yanvarın 21-də Brexit üzrə səsvermə keçirəcək

Britaniya parlamentinin icmalar palatası gələn il yanvarın 21-də Brexit üzrə sazişi səsverməyə çıxaracaq.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Meyin nümayəndəsi bildirib.

Bu ərəfədə Tereza Mey Brexit sazişi üzrə parlamentdə keçirilməli olan səsverməni təxirə salıb. Brexit sazişi üzrə səsvermənin iflasa uğraması Baş nazir üçün mənfi nəticələrə səbəb ola bilər.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin bu il noyabrın ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirib.

Bununla belə, Baş nazir Tereza Mey Brexit üzrə təkrar referendum imkanlarını qəti surətdə istisna edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR