III Dünya müharibəsi Qarabağdan başlaya bilər

Məşhur amerikalı jurnalist və politoloq Robert Farli "The National Interest" analitik nəşrində III Dünya müharibəsinin başlama ehtimallarına dair növbəti (sayca üçüncü) proqnozunu açıqlayıb.

Farlinin fikrincə, Çinin iqtisadi və hərbi gücünün artdığını və Rusiyanın 2019-cu ildə beynəlxalq hüquq və qaydalara məhəl qoymadığını nəzərə alaraq, böyük güclər arasında qlobal qarşıdurma təhlükəsi, əvvəlki dövrlərə nisbətən daha çoxdur.

Farli hesab edir ki, Çin və ABŞ arasında ticarət müharibəsi üçüncü dünya müharibəsinə çevrilə bilər. Bu halda, "detonator" Cənubi Çin dənizi olacaq.

Kentukki Universitetin professoru Ukraynanı qlobal hərbi qarşıdurmanın digər bir potensial məkanı hesab edir. Onun fikrincə Kerç boğazında baş verən son hadisə, təkcə Kiyev və Moskva arasında deyil, həm də Rusiya ilə NATO arasındakı gərginliyin kəskin artmasına səbəb olub.

Alim Amerikanın İrana sərt təzyiq göstərməsini, həmçinin Yəməndə davam edən hərbi münaqişə və Suriyadakı hərbi-siyasi qeyri-sabitlik səbəbindən növbəti təhlükəli zona kimi Fars körfəzini göstərib.

Robert Farlinin sözlərinə görə, iki Koreya arasındakı münasibətlərdə "gərginliyin azaldığı" görünsə də, Koreya yarımadası yenə də, "barıt çəlləyi" olaraq qalır. Politoloqun fikrincə, KXDR əslində öz nüvə və raket işləmələrini dayandırmayıb. Və bu, regionda daha sərt gərginlik burulğanına gətirib çıxara bilər.

Bununla yanaşı o qeyd edib ki, üçüncü dünya müharibəsi bu gün lokal hesab edilən hərbi qarşıdurmadan da baş verə bilər, məsələn, Rusiya və Baltikyanı ölkələr, Ermənistan və Azərbaycan arasında, həmçinin Kəşmir və ya Venesueladakı münaqişələr səbəbindən.

"Daha az kritik münaqişələr dünyanın diqqətini cəlb edə bilməz, bu, isə o deməkdir ki, bəzən onlar, kimsə nə baş verdiyini anlayana qədər, ciddi qarşıdurmaya çevrilə bilər", - deyə amerikalı ekspert bildirib və bu, Baltikyanı ölkələrdə, Azərbaycan (Dağlıq Qarabağ - red.), ABŞ, Venesuela və ümumiyyətlə dünyanın istənilən başqa ölkəsində baş verə bilər.//Report.az

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR