Goranboyda maşın traktorla toqquşub, 5 nəfər yaralanıb

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralıların sayı artıb.

Məlumata görə, 1975-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayılov Famil İldırım oğlunun idarə etdiyi "Lifan"markalı avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Bunlar onun 1970-ci il təvəllüdlü qardaşı İsmayılov Elburus İldırım oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Xurmayə Maşallah qızı, 2004-cü il təvəllüdlü İsmayılov Vüqar Elburus oğluİsmayılov Ramiz Famil oğludur. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.

Daha əvvəl yaralıların 3 nəfər olduğu məlum idi.//Report.az

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR