Uşaq bağçalarının ərzaq təminatına nəzarət

Uşaq bağçalarının ərzaq təminatına nəzarət daha da artırılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Metbuat.az-a verilən məlumata görə, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciət ciddi şəkildə araşdırılır:

"Elə ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olmuş məlumat da dərhal BŞİH-də təşkil olunmuş Komissiya tərəfindən yerində araşdırılıb, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilib. İdarədən bildirilib ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib.

Komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməmişdir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanilması, hər hansı problem yaranarsa dərhal məlumat verilməsi tapşırılmış, bildirilmişdir ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bu işlərdə ictimaiyyət nümayəndələri və ilk növbədə valideynlərin köməyi və məlumatları əsas götürüləcəkdir. Ümumiyyətlə isə 2018-ci il ərzində şəhərin Məktəbəqədər təhsil və uşaq evlərində ərzaq təminatı ilə bağlı hər hansı problemlər yaşanmamış və məsələnin süni surətdə şişirdilməməsi tövsiyə olunur".

BŞİH qeyd edir ki, eyni zamanda Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR