Xərçəng xəstəliyi ilə bağlı İNQİLABİ YENİLİK -

İngiltərənin Kembric Addenbruk Xəstəxanasında xərçəngin erkən diaqnozunu qoymaq üçün yeni sınaqlara başlanılıb.

Metbuat.az Publika.a-a istinadən xəbər verir ki, xərçəngin diaqnozunda inqilab yarada biləcək sınaq “Nəfəs biopsiyası” cihazı ilə həyata keçiriləcək.

Cihaz vasitəsilə xəstələrin nəfəsindəki molekullarda xərçəngin əlamətlərinin olub-olmaması yoxlanılacaq. Cihazın ilk sınaqları iki il müddətində 1500 nəfər üzərində aparılacaq. İlk mərhələdə qida borusu və mədə xərçəngi şübhəsi olan xəstələr yoxlanılacaq. Daha sonra cihaz prostat, böyrək, qara ciyər, mədəaltı vəzi və sidik kisəsi xərçənglərini də müəyyən edə biləcək. Sınaq zamanı xəstə aparata 10 dəqiqə ərzində nəfəsini üfləyəcək və əldə edilən uçucu təbii birləşmələrin molekulları analizə göndəriləcək. Əgər cihazlar düzgün diaqnoz qoyarsa, o zaman bütün müayinə mərkəzlərində bu cihazlardan istifadə olunacaq.

Sınaq İngiltərənin Xərçəng Araşdırmaları Vəqfi (Cancer Research UK) və cihazın istehsalçısı “Owlstone Medical” şirkətinin ortaq əməkdaşlığı ilə aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR