Nazirlik Şəki sakininin müraciətinə reaksiya verib

Bəzi saytlarda Şəki şəhəri Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlunun özünüməşğulluq proqramına cəlb olunması xahişi ilə bağlı müraciəti yayımlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məsələ ilə bağlı Metbuat.az-a bildirib ki, müraciətə əsasən nazirliyin əməkdaşları tərəfindən Bayram Rəhimovla əlaqə saxlanılaraq yerli Məşğulluq Mərkəzinə dəvət edilib.

İlkin olaraq B.Rəhimov işaxtaran kimi qeydiyyata alınıb. Daha sonra özünüməşğulluq proqramı ilə bağlı ətraflı izahat verilib.

Onun sözlərinə görə, vətəndaşın müraciəti və özünüməşğulluq fəaliyyəti qurmaq üçün potensialı nəzərə alınmaqla o proqrama cəlb olunub. Bayram Rəhimov proqram çərçivəsində təşkil olunacaq təlimləri uğurla bitirdikdən sonra öz kiçik ailə təsərrüfatını yaratmaq imkanına sahib olacaq: "Məlumat üçün deyim ki, indiyədək vətəndaş özünüməşğulluq proqramına cəlb olunmaq üçün yerli orqana müraciət etməyib".

Azərbaycanda rektor VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR