Döşdəki ağrılar xərçəng xəstəliyinin əlamətidir? - Həkim AÇIQLADI

Süd vəzisində yaranan ağrılar xanımları narahat edən problemlərdəndir. Bəzi xanımlar ağrı hiss etdikdə xərçəng olma ehtimalından qorxurlar.

Həkim-onkoloq Rəna Niftəliyeva Metbuat.az-a açıqlamasında deyib ki, ağrılar əsasən, süd vəzisində gedən xoşxassəli dəyişikliklərlə əlaqədardır. Süd vəzisini təşkil edən toxumalarda gedən müxtəlif hiperplastik proseslər, atrofiya, fibrozun inkişafı, axarların genişlənməsinə, kistaların və düyünlərin əmələ gəlməsinə səbəb olur. Bu dəyişikliklər mastopatiya adlanır.

“Mastopatiya xərçəng deyil. Ancaq mastopatiya fonunda bəzi xərçəngönü xəstəliklər əmələ gələ bilir ki, bunlar da sonradan süd vəzi xərçənginə səbəb ola bilər. Mastopatiya diaqnozu qoyulmuş xanımlar vaxtaşırı həkim müayinəsindən keçməlidirlər”- deyə onkoloq bildirib.

Həkim deyib ki, süd vəzi hormonların təsiri ilə formalaşır, inkişaf edir və daim hormonların təsirinə məruz qalır. Buna görə də, hər hansı hormonal pozğunluq mastopatiyanın əmələ gəlməsinə səbəb olur. Süd vəzisində olan ağrılar, şişkinlik mastopatiyanın əlamətləridir.

Həkim-onkoloq xəstəliyin müalicəsindən də danışıb. O, bildirib ki, mastopatiyanın müalicəsi hormonal və qeyri-hormonal preparatlarla aparılır:

“Öz praktikamda hormonlardan istifadə etmirəm. Mastopatiyanı yaradan səbəbi müəyyən etməklə aradan qaldırmağın tərəfdarıyam".

Aysel Yaqubqızı / Metbuat.az

Soyuqdəyməni aradan qaldıran təbii üsul


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR