Bakıda temperatur 174 dərəcədir? - Sürücüləri çaşdıran MƏNZƏRƏ

Bakıdakı bu termometr havanın temperaturunu 174 dərəcə göstərir.

Metbuat.az bildirir ki, sözügedən termometr Ziya Bünyadov prospekti, 20 Yanvar dairəsindən mərkəz istiqamətinə uzanan birinci tunelin girişində yerləşir. Buradakı nəinki termometr, hətta saat belə səhv işləyir. Tunelin girişində yerləşən saat aylardır 1 saat geri göstərir.

Sözügedən məsələylə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, termometr və saatın səhv göstərməsi sürücülər üçün o qədər də əhəmiyyətli deyil:

“O cihazlar çoxdan quraşdırılıb. Onların işləməməsi sürücülər üçün çox da əhəmiyyətli deyil. Çünki demək olar ki, bütün avtomobillərdə saat və temperaturu göstərən cihazlar var. Əhəmiyyət daşıyan istiqamət və sürətdir”.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

“Tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq” - Elnur Kələntərovla MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR