Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir - Səhiyyə Nazirliyi

Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir və bu günə qədər götürülən nümunələrdə qızılca və məxmərəyə yoluxma halları olmayıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, qızılca və məxmərək xəstəlikləri yalnız laborator müayinələr əsasında təsdiq olunmalıdır:

“Hər hansı allergik səpkiyə "qızılca" demək olmaz. Biz daim səpkili xəstələrin laborator müayinəsinin aparılması, diaqnozun düzgün qoyulması üçün onlardan qan nümunəsi götürürük. Laborator müayinələr Taun Əleyhinə Stansiyada aparılır. Bu günə qədər həmin müayinə materaillarında qızılca və məxmərək virusları aşkarlanmayıb. Həmin müayinə materailları Moskvanın referens laboratoriyasına da göndərilir. Bununla da bizim laboratoriyamızın nəticələri və Azərbaycanda bu xəstəliklərin olmadığı təsdiqlənir”.

A.Əliyeva qeyd edib ki, Azərbaycan 2015-ci ildən qızılca, məxmərək xəstəliklərinin tam eliminasiya (ləğv edilmə) olunduğu ölkələr sırasındadır:

“Azərbaycanda nə yerli yoluxma, nə də gətirilmə halı yoxdur. Hazırda vəziyyət tam sabitdir, ölkədə bu viruslara bir yoluxma hadisəsi belə qeydə alınmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR