Mənzil bazarında qiymətlər BAHALAŞIB

2018-ci ildə daşınmaz əmlak bazarında qiymət artımı yaşanıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Metbuat.az saytına açıqlamasında bildirib ki, ötən il Azərbaycanda ümumi daşınmaz əmlak bazarında qiymətlər 2017-ci illə müqayisədə 6.82% artıb:

“O cümlədən, təkrar mənzil bazarında 8.78%, ilkin mənzil bazarında 13.88%, torpaq bazarında 5.88% qiymət artımı yaşanıb. Lakin kommersiya obyektləri bazarında isə əksinə 1.27% azalma müşahidə olunub. Mənzillərin kirayəsi bazarında 7.495, kommersiya obyektlərinin idarəsi bazarında isə 11.82% artım yaşanıb.

Bölgələrlə müqayisədə, paytaxtda daşınmaz əmlak bazarına tələbat daha çox, təqribən 60-40% nisbətində olub. 2018-ci ildə Bakıda mənzil alan şəxslər daha çox kütləvi yaşayış məskənlərinə - Əhmədli, Günəşli, Yeni Yasamal, Badamdar və mikrorayonlara üsütünlük veriliblər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Energetik içkilərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ – VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR