Qaraciyər yağlanmasının qarşısını alır - Evdə hazırlayın : Həkim AÇIQLADI

“Artıq çəki və ya köklük, şəkər xəstəliyi, yüksək xolesterol və triqliserid səviyyəsi qaraciyər yağlanmasını artıran səbəblərdir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında qastroenteroloq-hepotoloq Aqil Ağakişiyev deyib. O bildirib ki, qaraciyər yağlanması (steatozis) qaraciyər hüceyrələrində artıq miqdarda yağın toplanması ilə bağlı olur. Normal sağlam insanda qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər və bu hər hansı xəstəliyə səbəb olmaz. Ancaq qaraciyərdə yağlanma çox miqdarda olduğunda bir çox funksional dəyişikliklərə səbəb olur. Qaraciyər yağlanması ilə yanaşı iltihabi proses başlayarsa, (hepatit) bu vəziyyətdə qaraciyər hüceyrələrinin zədələnməsi və nekrozu, fibrozis və sirroza qədər irəliləməsi görülür. Qaraciyər yağlanması hər 4-5 nəfərdən birində rastlanır. Normalda qadın və kişilərdə görülmə nisbəti eynidir.

Həkim qastroenteroloq deyib ki, artıq çəki və ya köklük, şəkər xəstəliyi, yüksək xolesterol və triqliserid səviyyəsi qaraciyər yağlanmasını artıran səbəblər arasında vacib yer tutur.

Qaraciyər yağlanması çox vaxt heç bir kliniki şikayət vermədən irəliləyə bilər və fərqinə varılmadan, hətta on illər belə davam edə bilər. Ancaq yağlanma kritik vəziyyətə gəlincə, qaraciyərdə yağ depolanması artdıqca və ölçüsündə böyümə getdiyi zamanlarda üzərini örtən zar-pərdənin (qlisson kapsulası) qıcıqlanması və digər qonşu orqanları sıxması nəticəsində qarın ətrafı bölgələrdə (əsasən sağ qabırğa altı nahiyyədə) ağrı kimi şikayətlər başlıyır, anidən kilo vermə, halsızlıq yaranır. Daha da irəli hepatosteatozda bulantı, baş ağrıları, bədən və nəfəsdən qoxunun gəlməsi, köp, hemoroid, tez-tez az yüksəlmiş hərarət görülür.

Həkim fitoterapevt Sadıq Salami Metbuat.az-a qaraciyər piylənməsinin qarşısını almağın üsullarından danışıb. Həkim bildirib ki, bunun üçün ilk növbədə pəhrizə diqqət edilməlidir. Yağlı və qızardılmış yeməkdən imtina etmək lazımdır. Şirniyyatı qida rasionundan çıxarıb quru meyvələrlə əvəz etmək olar. Belə xəstələr daha çox hərəkətdə olmalıdırlar.

Fitoterapevt piylənmənin qarşısını alan təbii vasitələri açıqlayıb:

100 qram Solmazçiçək, 100 qram dazıotu, 100 qram çobanyastığı, 100 qram tozağacı tumurcuğu qarışdırılır. Bu qarışımdan bir xörək qaşığı axşamdan bir stəkan qaynar su ilə dəmlənir. Səhər süzülür və yarım stəkan səhər acqarına və axşam yatmazdan əvvəl bir çay qaşığı balla içilir. Digər reseptə görə isə, 50 qram alaqanqal toxumu, 50 qram sarıkök, 50 qram zəncəfil, 50 qram kətan toxumu yarım kilo balla qarışdırılır. Gündə 3 dəfə bir çay qaşığı yeməkdən əvvəl yeyilir. Bu vasitələrdən ən azı bir ay istifadə etmək tövsiyə olunur".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR