Mərkəzi Bankın valyuta ehtiyatları 5,4 faiz artıb

2018-ci il dekabrın sonuna Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar (5,4 faiz) artaraq 5 622,5 milyon dollara bərabər olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın statistik hesabatında deyilir.

Dekabr ayı ərzində valyuta ehtiyatları 31,6 milyon dollar artıb.

Qeyd edək ki, 2017-ci ildə Mərəzi Bankın valyuta ehtiyatları 1,36 milyard və ya 34,2 faiz artmışdı.

Milyonda bir görünən xəstəlik - Gecələr də gündüz kimi görür - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR