"Təməl cərrahi laparoskopik bacarıqlar" kursunun iştirakçılarına sertifikatlar verilib - FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I kurs rezidentləri üçün təşkil olunan "Təməl cərrahi laparoskopik bacarıqlar" kursu üzrə təlimlər davam edir.

Metbuat.az xəbər verir ki, kursun əsas məqsədi rezidentlərə tikişlərin qoyulması, cərrahi əlcəklərin geyinilmə və düyünlərin bağlanması qaydaları, kəsiklərin aparılması, bağırsaqlar üzərində anastomozların qoyulması, bağırsaq ilgəyinin işlənilməsi, ateromanın və dəri üzərindəki törəmələrin xaric olunması kimi ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqların öyrədilməsindən ibarətdir.

Təlim başa çatandan sonra hər bir iştirakçı rezidentə xüsusi sertifikat veriləcək.

Növbəti mərhələdə ginekologiya, uşaq cərrahiyyəsi və ümumi cərrahiyyə ixtisasları üzrə 9 rezidentə xüsusi sertifikatlar təqdim olunub.

Qaraciyər yağlanmasının qarşısını alır - Evdə hazırlayın : Həkim AÇIQLADI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR