"Barselona" 75 milyon avroya oyunçu alır

"Barselona" heyətinə daha bir futbolçu cəlb etmək üzrədir.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu "Ayaks"ın futbolçusu Frenki de Yonqun transferi üçün Hollandiya təmsilçisi ilə razılığa gəlib. Razılığa əsasən, "Barsa" 75 milyon avro təzminat ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, De Yonqla PSJ, "Bavariya" və "Mançester Siti" də maraqlanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR