Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib
12:50 11 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətdə Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəyi qeyd olunub.

Həmin gün xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3004234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR