Daha xoşbəxt hiss etmənizi təmin edəcək

Xoşbəxtlik hormonu olaraq tanınan serotonin yediyimiz bir çox qidanın tərkibində yer alır vəz özümüzü daha xoşbəxt hiss etməmizə kömək olur.

Metbuat.az bildirir ki, depressif zamanlarınızda və əhval ruhiyyəniz düşdükdə bu qidalardan istifadə etmək sizin köməyinizə çatacaq.

Çiyələk – bədəndə serotonin yaranmasını təmin edən çiyələk insanı xoşbəxt edən qidaların başında gəlir. Qırmızı rəngi və turşməzə dadı ilə sevilən çiyələk şirniyyatlarda da istifadə olunur.


Şokolad- xoşbəxt edən qidalar dedikdə ilk ağla gələn qidalardan biri də şokoladdır. Şokolad tərkibindəki fenettilamin adlı maddə ilə sinir sistemini aktiv edir və xoşbəxtlik hissinini artırır.


Alabalıq- Bədənin əhəmiyyətli qida ehtiyaclarını qarşılayan alabalıq eyni zamanda pozitiv ruh halı istəyənlər üçün də ən ideal qidalardan biridir. Omeqa 3 qaynağı olan alabalığı süfrənizdən əksik etməyin.


Pendir-xoşbəxtlik hormonu ilə yaxın əlaqəli olan pendir günə pozitiv başlamaq üçün möhtəşəm qidadır.


Qoz –xoşbəxt hiss etdirən qidalar arasında yer alan qoz səhərlər 2-3 ədəd yeyildiyi zaman günə daha yaxşı başlamanıza kömək edir.


Süd- Triptofan baxımından zəngin olan süd serotonin hormonunun yayılmasına kömək edir. hər gün 1 stəkan süd içmək əhval ruhiyyəyə müsbət təsir edir.


Banan-serotonin ilə zəngin olan banan pozitiv bir həyat yaşamaq istəyənlərə məsləhət görülür. Gündə 1 ədəd banan yemək əhval-ruhiyyənizi artırmaq üçün kifayət edir.


https://metbuat.az/news/1107506/boynum-qirildi-ded...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR