"Nizami" stansiyası yaxınlığında gəncin öldürülməsi ilə bağlı cinayət işi açılıb

"Bakı Metropilteni"nin "Nizami" stansiyası yaxınlığında Emin Şəmiyev adlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, hazırda rayon prokurorluq və polis əməkdaşları hadisə yerindədirlər.

İş üzrə polis və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu yaradılıb. Cinayətkarın müəyyələşdirilərək tutulması üçün zəruri və təxirəsalınmaz istintaq əməliyyat tədbirləri aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR