Düşmənə sarsıdıcı zərbə və Azərbaycanın BÖYÜK UĞURU

Düşmənə sarsıdıcı zərbə və Azərbaycanın BÖYÜK UĞURU
17:58 11 Yanvar 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

“2018-ci il bir çox sahədə olduğu kimi hərbi sahədə də bir sıra göstəriciləri ilə Azərbaycan üçün yaddaqalan oldu. Çünki ölkəmiz 2018-ci ildə özünün sülhməramlı missiyasında şəxsi heyətinin sayını artırdı”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edən ekspert bildirib ki, Azərbaycan ötən il xeyli sayda beynəlxalq tədbirlərdə iştirak edib:

“Bundan başqa, Naxçıvan istiqamətində uzun illərdir düşmənin tapdağı altında qalan 11 min hektarlıq ərazi öz ordumuzun nəzarətinə qaytardıldı. Bunlar hamısı, sözsüz ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurudur. Buradakı uğur təkcə Müdafiə Nazirliyinin deyil, bütövlükdə, güc strukturlarınındır. Bu güc strukturları sırasında həm Müdafiə Nazirliyi, həm digər qoşun birləşmələri, xüsusən, Müdafiə Sənayesi Nazirliyini göstərə bilərik. Onlar keçirdikləri sərgilər, istehsal etdikləri məhsullarla Azərbaycan hərbi gücünü nümayiş etdirdilər. Onlar bütövlükdə, ölkənin hərbi gücündən və qüdrətindən bəhs edirlər. Bu gün də Prezident İlham Əliyev Nazirlər Kabineti ilə iclasında çıxış edərkən bu faktları nəzərdə tutub. Ümumilikdə, bu göstəricilərin hər biri bizim üçün qürurvericidir.

Ötən il həm də iki möhtəşəm parad keçirildi. Birincisi, Silahlı Qüvvələr Günü ilə əlaqədar, ikincisi isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı oldu. Bunlar da bütün dünyaya mesaj idi ki, Azərbaycan çox böyük güc toplayaraq hərbi potensiala malik olub. Həmçinin, ötən il Silahlı Qüvvələr üçün ən müasir silah-sursatlar alındı. Bu da ordunun döyüş qabiliyyətinin artırılması deməkdir. Ümumilikdə, prezident də xüsusi olaraq vurğuladı ki, 2018-ci il Azərbaycan üçün hərbi sahədə uğurlu il olub”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/265891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR