Abidal Moratanın "Barselona"ya keçidinə razılıq vermədi

Abidal Moratanın "Barselona"ya keçidinə razılıq vermədi
07:47 12 Yanvar 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın idman direktoru Erik Abidal "Çelsi"nin futbolçusu Alvaro Moratanın Kataloniya klubuna keçidinə qarşı çıxıb.Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan hücumçunun agentləri onu La Liqa təmsilçisinə təklif edib. Ancaq Abidal oyunçu ilə müqavilə imzalamamağa qərar verib. Buna iqtisadi məsələlərin səbəb olduğu bildirilir. Belə ki, klub Morata üçün 5 milyon avro icarə haqqını məqsədə uyğun hesab etməyib. Oyunçuya maaş məsələsində də problem yaranıb.Bundan başqa, "Barsa"nın daha gənc oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilib.Qeyd edək ki, 26 yaşlı Morata ilə "Atletiko", "Bavariya", "Borussiya" (Dortmund) və "Sevilya"nın maraqlandığı iddia olunur.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/720499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR