İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı - 2 ölü, 9 yaralı

İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı - 2 ölü, 9 yaralı
10:50 12 Yanvar 2019
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda "Peugeot 405" markalı avtomobil qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Kirman vilayətinin Rabor rayonu hüquq-mühafizə orqanının rəisi polkovnik Həmid Nasiri bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Ümumilikdə avtomobildə 12 nəfərin olduğu bildirilir.

H.Nasirinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Yaralıların Əfqanıstan vətəndaşları olduğu bildirilir.

İlkin ehtimal olaraq hadisənin yüksək sürət səbəbindən baş verməsi qeyd edilir. Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3004710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR