Ekspert: Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib

Ekspert: Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib
12:43 12 Yanvar 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Ötən ilin yekunları və əldə olunan nailiyyətlər bir daha isbatlayır ki, 2018-ci il Azərbaycan üçün uğurlu il oldu, Azərbaycan hərtərəfli və dinamik inkişaf etdi.

Bunu Trend-ə “Səs” Media Holdinqin rəhbəri, ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirləri şərh edərkən deyib.

B.Quliyevin sözlərinə görə, 2018-ci il dərin islahatlar dövrü oldu və həyata keçirilən, tamamlanan mühüm layihələrlə Azərbaycanın gücü və iqtisadi potensialı daha da artdı:

“Prezident İlham Əliyevin də iclasda qeyd etdiyi kimi, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1,4 faiz, kənd təsərrüfatı 4,6 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb, 118 min daimi iş yeri yaradılıb, valyuta ehtiyatları 45 milyard dollara çatıb. Eyni zamanda, ötən il vergi və gömrük sahəsində aparılan islahatlar ölkə iqtisadiyyatının, cəmiyyətimizin sosial həyatının əhəmiyyətli dərəcədə inkişafına, tərəqqisinə təkan verib. Məhz həyata keçirilən tədbirlər nəticəsində inflyasiya 2,3 faiz olub, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatı isə qeyri-neft sektoruna yatırılıb. Bütün bunlarla yanaşı, Azərbaycanın xarici borcu 22,8 faizdən 19 faizə düşüb və hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Ötən il eyni zamanda ölkəmizin ixracı 36 faiz artıb, 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo 8,6 milyard dollar təşkil edib. Bir sözlə, əldə olunan bu nailiyyətlər Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın dünya miqyasında 25-ci yerdə qərarlaşmasına əsas yaradıb. İl ərzində ölkəmiz 32 pillə irəliləyib”.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ötən il Azərbaycanda təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb: "Ötən il əldə olunmuş nailiyyətlər bu il iqtisadiyyatın və digər sahələrin daha da yüksək inkişafını təmin etməyə güclü əsaslar yaradır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3004697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR