Avropa donur: qar dizə çıxır - VİDEO - FOTO

Avropa donur: qar dizə çıxır - VİDEO - FOTO
13:32 12 Yanvar 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriya və Almaniyada soyuq havalar davam  edir. Güclü qar səbəbindən avtomobil yollarında tıxaclar yaranıb, dəmiryol nəqliyyatının işində böyük fasilələr müşahidə olunur, məktəblər və uşaq bağçaları bağlanıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, avstriyalı metereoloqların dediklərinə görə, belə qar, çovğun və boranlar son 100 ildə ölkədə müşahildə olunmamışdı.İsveçdə, ölkənin şimal rayonlarında boranlar tüğyan edir. Balkan yarımadasında güclü qar elektrik enerjisi ilə təminatda problemlər yaradıb.Güclü qar və soyuq havalar Avropada artıq 21 nəfərin ölümünə səbəb olub.Almaniyanın Bavariya bölgəsində vəziyyət xüsusilə ağırdır. Həyat faktiki olaraq "iflic" durumundadır.Bavriyanın cənubunda və şərqində dəmiryol nəqliyyatı dayanıb. Avstriya ilə sərhədin yaxınlığındakı Bertehsqadendə yollardə hərəkət yasaqlanıb.İsveçrədəki Santis-Şveqaop kurortundakı "Şveqalp" otelini qar basıb.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:

Avropa donur: qar dizə çıxır

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/720526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR