Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
16:57 12 Yanvar 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1971-ci ildə mağaranın yaxınlığındakı Duybolo kəndinin sakini Mustafakul Zakirov yaşadığı kənd üçün su axtarmaq məqsədilə mağaraya gedib və itib. 14 il ondan soraq gəlməyib.1985-ci ildə Ural speleoloqları Surxantau dağ silsiləsindəki bu mağaraya giriblər. Dərinliyə düşəndə isə bulaq və insan sümüklərinə rast gəliblər. Bu, Mustafakul Zakirovun qalıqları olub. Qalıqlar dəfn olunmaq üçün kəndə göndərilib.Boy-Bulaq özbək dilində "zəngin bulaq" deməkdir. Alimlər müəyyən edib ki, mağaradan axan bulağın suyu minerallar və duzlarla zəngindir.Mağaranın ümumi dərinliyi 1415 metrdir, 20-30 metr dərinlikdə üç quyu var. Bulaq da buradan axır. Mustafakul Zakirov da məhz bu bulağı tapmaq ümidi ilə mağaraya getmişdi. Onun ölümünün səbəbi isə sirr olaraq qalır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/720658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR