Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi
17:42 12 Yanvar 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı - respublika baş nazirinin müavini təyin edilib.Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb. R.Simanduyev bu vəzifədə digər həmvətənimizi - Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.
Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub.Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF prezidentinin daxili siyasət idarəsinin referenti olub.Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, "Başneft" şirkətinin neft-kimya departamentinin direktoru, "Birləşmiş Neft Kimya şirkəti" səhmdar cəmiyyətinin prezidenti olub.Milli.Az
 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/720659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR