Parisdə güclü partlayışda xəsarət alanların sayı artıb

Parisdə güclü partlayışda xəsarət alanların sayı artıb
19:37 12 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Parisdə baş verən partlayışda xəsarət alanların sayı artıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner özünün "Twitter" səhifəsində bildirib.
O, qeyd edib ki, yaralılardan 10-unun vəziyyəti ağırdır. Onlardan biri ağır vəziyyətdədir. Daha 37 nəfərin vəziyyəti orta ağırdır. Beləcə, yaralıların sayı 47 nəfərə çatıb.
DİN rəhbəri partlayışda ölənlərin ailələrinə dəstəyini ifadə edib. 

***16:31
Parisdə çörək məmulatları sexində qaz sızması nəticəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb. 
“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib. 
Onun sözlərinə görə, 12 nəfəri ağır olmaqla 36 nəfər xəsarət alıb. 
Ölənlərdən 2-si yanğınsöndürəndir. 

*** 15:23
Bu gün Paris şəhərinin mərkəzində bir binada baş verən güclü partlayış nəticəsində, azı, 20 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə Fransanın Baş naziri Eduard Filip və daxili işlər naziri Kristof Kastaner də gəliblər.

*** 13:02
Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadiəs Treviz küçəsində qeydə alınıb. 
Partlayışın çörək dükanında qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir. 
BFM telekanalının məlumatına görə, xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb. 
Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.
Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib. 
Qeyd edək ki, bu gün Parisdə və ölkənin başqa böyük şəhərlərində “sarı jiletlilər”in bahalığa və vergi artımına qarşı etiraz nümayişləri keçirilir.

Forte explosion dans le 9e à Paris: un témoin raconte la scène pic.twitter.com/FJjFirLsgl— BFMTV (@BFMTV) January 12, 2019








Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaralilarin-sayi-47-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR