“Huawei”dən mükəmməl yenilik - VİDEO

“Huawei”dən mükəmməl yenilik - VİDEO
19:47 12 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

"Huawei" şirkəti tərəfindən işlənib hazırlanmış "Facing Emotions" proqramı gözdən əlil istifadəçilərə həmsöhbətinin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək."Texkult" xəbər verir ki, Polşa Korlar Assosiasiyasının himayəsi altında yaradılmış və "Huawei Mate 20 Pro" smartfonu üçün uyğunlaşdırılmış proqramda insanın mimikasını anında tanıyan və onun psixoemosional vəziyyətini qiymətləndirə bilən sifət skaneri üçün süni intellektdən istifadə edilib. Smartfonun kameraları həmsöhbətin sifətini skan edir, onun dodaq, burun, göz və qaşlarını müəyyənləşdirir, insanın həmin an əhval-ruhiyyəsini hiss etdirir.Proqram ümumilikdə 7 növ əsas emosiyaları və onların arasındakı keçidləri tanıyır. Emosiyaların səsləndirilməsi üçün gözdən əlil bəstəkar Tomaş Bileski tərəfindən yazılmış qısa səsli markörlər tətbiq edilir. Sınaq iştirakçıları qeyd ediblər ki, siqnal səslə deyil, əl üzərindəki toxunuş sensoru ilə ötürüldükdə də emosiyalar arasındakı fərq asanlıqla hiss edilir. Tamamilə avtonom işləyən bu proqram internetə qoşulma tələb etmirMilli.AzVideonu izləmək üçün şəklə klikləyin:

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/719826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR