Uşaqlarda fobiya və stress

Uşaqlarda fobiya və stress
19:57 12 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bir çox  valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyaların olduğunu qeyd edirlər. Uşaq qaranlıqdan, heyvanlardan, yad insanlardan, bətheybətlərdən və ruhlardan qorxa bilər.Milli.Az dushunce.az-a istinadən bildirir ki, bununla da bütün bu qorxular yaşdan aslı olaraq normaldır. Məsələn, yeni doğulmuş çağanın ətrafdakı kənar səslərdən, yad simalardan qorxması, 2-4 yaşlı uşaqların qaranlıq və ya heyvanlardan qorxması tamamilə normaldır. 6-9 yaşlı uşaqlar tənhalıqdan, bətheybət və ruhlardan qorxa bilər. Valideynlər çox zaman narahat olurlar ki, qorxu, fobiya və stress arasındakı əlaqə haradadır? Bu suala valideynlər özləri cavab verməlidirlər.  Qeyd etmək lazımdır ki, fobiya və stress bir biri ilə sıx bağlıdır. Patoloji qorxular uşaqlara bütün narahatçılıqları hiss etməyə məcbur edir., həmçinin onun yuxusu pozulur, emosional cəhətdən özlərini toplaya bilmirlər. Bütün bunlar klassik stressin əlamətləridir.Uşaqlarda fobiya və stressin səbəbləri : Müxtəlif səbəbləri ola bilər. Adətən, fobiyalar daha çox emosional, zəngin təxəyyülü, narahatlıqları olan uşaqlarda daha çox rast gəlinir. Digər səbəblər :Valideyn tərbiyəsi : Ailədə qəddarlıq və ya həddindən artıq qayğı uşaqlarda fobiyanın yaranmasına gətirib çıxara bilər. Məsələn, əgər ana və ya ata uşağın aldığı pis qiymətə həddindən artıq mənfi reaksiya verirsə, bu uşaqda məktəbə qarşı fobiya yarada bilər.
Qəddarlığı əks etdirən televiziya verlişləri, qan və qorxunc səhnələri olan filmlər və s. Bütün bunlar uşaqda fobiyanın yaranmasında böyük rol oynayır.
Uşaqlarda fobiya və stressin müalicəsiUşaqların keçirdiyi fobiyaları müəyyən qruplara ayırmaq olar :Heyvanlar və ya həşaratlarla bağlı olan fobiyalar ;
Təbiət və ya ətraf mühitlə bağlı olan fobiyalar ( qaranlıqdan, ildırımdan, hündürlükdən qorxu) ;
Həkim və ya tibblə bağlı olan fobiyalar ( iynə, qan, xəstəxanalar və s.) ;
Müəyyən situasiya ilə bağlı olan fobiyalar ( təyyarəyə minmək, metroda getmək, qapalı yerlərdə olmaq və s. ) ;
Digər fobiyalar- qəflətən çıxan səslərə qarşı fobiya, klounlara qarşı fobiya, boğulmaqdan qorxmaq və s.
Fobiyaların tipindən aslı olaraq uşaq psixiatrı və uşaq psixoloqu uşaqlarda fobiya və stressin aradan qaldırılması haqqında müəyyən qərarlar qəbul edirlər. Adətən, mütəxəssislər uşağın dərin şüuraltında yerləşən - fobiyanın əsas səbəbini axtarmağa başlayırlar. Səbəbini aşkar etdikdən sonra isə həkimlər bunun üzərində işləyirlər. Əgər fobiya və stressi erkən yaşda səbəbi aşkar olunub üzərində işlənilməzsə, bu zaman gələcəkdə yeniyetməlik və gənclik dövründə bu problem daha ciddi psixoloji problemlərə çevrilə bilər. Fobiyaların müalicəsi uzun müddət davam edə bilər və ya əksinə bəzən mütəxəssis uşağın psixikasına tez bələd olur və bu da fobiya və stressin daha tez aradan qaldırılmasına kömək edir.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/719851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR