Kopa İtaliya: Favoritlər qələbə qazanaraq növbəti mərhələyə adlayıb (VİDEO)

Kopa İtaliya: Favoritlər qələbə qazanaraq növbəti mərhələyə adlayıb (VİDEO)
02:01 13 Yanvar 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Tural Turan - Trend:

İtaliya Kuboku uğrunda 1/8 kubokun görüşləri keçirilib. Trend-in məlumatına görə, günün birinci keçirilən matçında “Latsio” doğma meydanda “Novara”nı qəbul edərək darmadağın edib – 4:1.

Günün ikinci matçında “Sampdoriya” doğma meydanda “Milan”ı qəbul edib. Əsas vaxt heç-heçə başa çatıb. Lakin əsas vaxta əlavə olunan 30 dəqiqədə Kutrone iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 0:2.

Günün son matçında isə “Bolonya” doğma meydanında “Yuventus”u qonaq edib. Görüşdə qollara “Yuventus”lu Bernardeski və Kin imza atıb. Görüş 0:2 hesabı ilə başa çatıb.

Bütün qalib gələn komandalar növbəti mərhələyə keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3004938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR