İsveçdə əcnəbilər ağır yol qəzasına düşüb, ölənlər var

İsveçdə əcnəbilər ağır yol qəzasına düşüb, ölənlər var
02:22 13 Yanvar 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İsveçdə xarici ölkə vətəndaşları ağır yol qəzasına düşüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin şimalında, Kirun şəhərində baş verib. Mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 6 əcnəbi ölüb. 
Hadisə zamanı həmçinin daha 1 nəfər yaralanıb. O, xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisəyə mikroavtobusun naməlum səbəbdən qarşıdan gələn yük avtomobilinin hərəkət etdiyi xəttə çıxması səbəb olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mikroavtobusun-yuk-avtomobili-ile-toqqusmasi-neticesinde-6-ecnebi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR